Türkiyədə qələbəni qeyd edən CHP-nin binasında eyvan çökdü: Bələdiyyə sədrinin müavini öldü - FOTO/ANBAAN VİDEO

Türkiyədə qələbəni qeyd edən CHP-nin binasında eyvan çökdü: Bələdiyyə sədrinin müavini öldü -
Türkiyənin Denizli vilayətinin Tavas rayonunda CHP ofis binasının eyvanı çöküb.

Nəticədə Tavas rayonunun bələdiyyə sədrinin müavini Mehmet Palaz həyatını itirib.

2024-cü il yerli idarəetmə orqanlarına keçirilən ümumi seçkinin ilkin nəticələrinə görə, Denizlinin Tavas rayonunda CHP bələdiyyə sədrliyinə namizəd Kadir Tatık üstünlük qazanıb.

Qeyri-rəsmi nəticələrin açıqlanmağa başlamasından sonra çox sayda partiya üzvü Yeni Mahalle Karağolanoğlu küçəsində yerləşən partiya binasının qarşısına toplaşıb və seçki qələbəsini qeyd etməyə başlayıb. Küçədəki şənliklərlə yanaşı, böyük bir qrup partiya binasının ikinci mərtəbəsinə qalxıb və eyvanlara çıxıb. Nəticədə ağırlığa dözə bilməyən iki eyvandan biri çöküb. Eyvanda olan 8 nəfər partiya üzvü yaralanıb ki, onlardan 3-nün vəziyyəti ağır olub.

Yaralılar xəstəxanalara çatdırılıblar və onlara ilkin tibbi yardım göstərilib.

Yaralılar arasında CHP-nin Denizli vilayətinin Tavas rayonu üzrə bələdiyyə sədrinin müavini Mehmet Palaz da olub. Başından xəsarət alan və həyati təhlükəsi olan Palazın həkimlərin bütün müdaxilələrinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb və o, səhər saatlarında dünyasını dəyişib.



Türkiyədə qələbəni qeyd edən CHP-nin binasında eyvan çökdü: Bələdiyyə sədrinin müavini öldü -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
528 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...