Rəsulzadənin Ankaradakı məzarının abadlaşdırılmasına başlanılıb

  Rəsulzadənin Ankaradakı məzarının abadlaşdırılmasına başlanılıb
Azərbaycanın Türkiyədəki Səfirliyi Məhəmməd Əmin Rəsulzadənin Ankara şəhərindəki məzarlığında yerləşən məzarının abadlaşdırılmasına başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.
“Məlum olduğu kimi, Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinin qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır.
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi dövlət başçısının Sərəncamını əsas tutaraq görkəmli ictimai-siyasi xadimin Ankara şəhərindəki Cəbəci Əsri məzarlığında yerləşən məzarının abadlaşdırılmasına başlamışdır”, - məlumatda deyilir.
Bildirilir ki, həyata keçirilən fəaliyyət Türkiyənin müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə aparılır və M.Ə.Rəsulzadənin vəfat ildönümü olan 6 mart tarixinə qədər yekunlaşması nəzərdə tutulur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
209 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...