Rusiyada daha 5 394 nəfərdə koronavirus aşkarlandı

Rusiyada daha 5 394 nəfərdə koronavirus aşkarlandı

Rusiyada son sutka ərzində daha 5 394 nəfərdə koronavirus aşkarlanıb, bununla da ölkə üzrə yoluxanların ümumi sayı 856 min 264-ə çatıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 693 nəfər.

Bildirilir ki, bir gündə virusdan həm də 79 nəfər ölüb və Rusiyada pandemiya qurbanlarının sayı 14 min 207 nəfər olub.

İndiyədək 653 min 593 xəstə sağalıb.

Xatırladaq ki, Rusiya COVID-19 xəstələrinin sayına görə ABŞ, Braziliya və Hindistandan sonra dünyada dördüncü yerdədir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
676 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...