"Unibank"dan növbəti BİABIRÇILIQ - Krediti tez ödəyən insanlara faiz hesablanır

"Unibank"dan növbəti BİABIRÇILIQ -
"Unibank"dan narazılıqlar səngimir.

Manset.az-ın məlumatına görə, bu dəfə şikayətçi vaxtından əvvəl ödədiyi kreditə görə faizlə "cəzalandırılıb".

Belə ki, bir vətəndaş "Unibank"a olan kredit ödənişlərini hər ayın 28-i etməli olsa da, son iki aydır ödənişlərini vaxtından əvvəl – bir həftə öncə həyata keçirib. Lakin bankdan gələn zənglər onu şoka salıb. Müştəriyə bildirilib ki, “vaxtından əvvəl ödəniş etdiyiniz üçün əsas borcdan yox, faizdən daha çox silinir” və nəticədə borc tam bağlanmır. Bu səbəbdən ötən ay ondan əlavə 25 manat, bu ay isə 20 manat tələb olunub.

Vətəndaş haqlı olaraq sual edir: “Camaat vaxtından əvvəl ödəyir ki, faizi qabaqlasın, mən də bunu edirəm, amma üstəlik əlavə də pul istəyirlər. Bu necə ədalətdir?”

Müştəri isə cavabı əvvəlcədən təxmin edir. Ondan yalnız mesaj qutusuna ad, soyad və şəxsi məlumatların göndərilməsi istəniləcək, telefonla isə heç bir əsaslı izah təqdim edilməyəcək. Müştəri isə buna etiraz edir: “Heç bir sübut göstərmədən əlavə pul almaq nə dərəcədə doğrudur?”

Məsələ "Unibank"dan olan narazılıqları bir daha gündəmə gətirir. Sosial şəbəkələrdə müştərilər bu və ya buna bənzər haqsızlıqlardan şikayətçidir. "Unibank"dan isə hələlik rəsmi açıqlama verilməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
36 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...