“Onların işi hürməkdir” – Ukrayna XİN -dən Lavrova və Zaxarova sərt cavab

“Onların işi hürməkdir” –
Rusiya XİN başçısı Sergey Lavrov və qurumun mətbuat katibi Mariya Zaxarovanın Ukrayna Prezidenti Volodimir Zelenskinin ünvanına səsləndirdiyi təhqirlərə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixi sərt cavab verib.

Gundeminfo.az xarici KİV-ə istinadla xəbər verir ki, G.Tixi Lavrovun və Zaxarovanın vəzifəsinin “hürmək” olduğunu söyləyib.

“Türkiyədəki nümayəndə heyətinə Rusiya Xarici İşlər Nazirliyi rəhbərlik etmir, çünki onların rolu Moskvadan hürməkdir” – deyə, o, bildirib..

O qeyd edib ki, Rusiya XİN-in özünü gülüş obyektinə çevirməsi ilk dəfə deyil baş verir: “Putinin Türkiyədə Prezident Volodimir Zelenski ilə görüşə gələrək müharibəni bitirmək və sülhü bərpa etmək barədə ciddi söhbət etməsi əvəzinə, biz Rusiyadan ancaq Ukrayna Prezidentinə şəxsi təhqirlər eşidirik”.

“AzPolitika.info”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
36 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...