Suriya Rusiyada əskinasların çapını dayandırır

Suriya Rusiyada əskinasların çapını dayandırır

Suriya hakimiyyəti Rusiyada milli valyutanın çapından imtina etməyi və BƏƏ və Almaniya ilə əməkdaşlıq etməyi planlaşdırır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

Bundan əlavə, Suriya hakimiyyəti əskinasların dizaynını dəyişmək niyyətindədir. Onlar Suriyanın keçmiş lideri Bəşər Əsədin portretini əskinaslardan silmək istəyirlər.

"Reuters" agentliyinin məlumatına görə, artıq iki alman şirkəti Suriya hakimiyyəti ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər: dövlətə məxsus "Bundesdruckerei" və əskinas və qiymətli kağızların çapı ilə məşğul olan özəl "Giesecke+Devrient" şirkəti.

Özəl şirkət şərh verməkdən imtina edib, Almaniya vergi orqanı isə Suriya hökumətilə valyutanın çapı ilə bağlı sövdələşməyə getmədiyini bildirib. BƏƏ isə agentliyin sorğularına cavab verməyib.

Rusiya Suriya əskinaslarının çapına ilk dəfə 2012-ci ildə başlayıb. Əvvəllər bunu Avstriya Mərkəzi Bankının törəmə şirkəti həyata keçirirdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
33 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...