Rusiyada pandemiya qurbanlarının sayı 4 855-ə çatdı

Rusiyada pandemiya qurbanlarının sayı 4 855-ə çatdı

Rusiyada son bir gündə daha 9 035 nəfərə koronavirus diaqnozu qoyulub. “Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 414 878 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə 162 nəfər artaraq 4 855-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 175 877 nəfər sağalıb. Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 2 297 nəfər.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,2 milyonu ötüb. Bunların 2,8 milyon nəfərdən çoxu sağalıb, 373 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
477 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...