Bundan sonra Vaşinqtonda ölən insanları gübrələyəcəklər - Yeni qanun layihəsi qüvvəyə mindi

Bundan sonra Vaşinqtonda ölən insanları gübrələyəcəklər -
ABŞ-ın Vaşinqton ştatı “insan gübrələmə” adı verilən, ölülərin sürətlə torpağa çevrildiyi bir üsulla cəsədlərin çürüməsinə icazə verən ilk ştat olub. Musavat.com BBC Türkcəyə istinadən xəbər verir ki, ştatın məclis üzvlərinin keçən ay qəbul etdiyi qanun ştatın demokrat qubernatoru Cey İnslee tərəfindən imzalanaraq qanuniləşdirildi.

Bu üsul xüsusən də cəsədləri yandırma üsulu ilə müqayisədə daha ekoloji bir alternativ olaraq görülür. Onun dəstəkçilərinə görə, “insan gübrələmə” qəbir yeri problemi yaşayan bölgələr üçün də praktik bir seçim ola bilər. Gübrələmə prosedura sonunda əldə edilən torpaq, həyatını itirən insanın sevdiklərinə təslim edilir və bu torpaqda bitki yetişdirilə bilir.

Sözügedən üsulun qanuniləşməsi üçün lobbi fəaliyyəti ilə məşğul olan və “insan gübrələmə” xidməti vermək üçün bir şirkət quran Ketrin Spade bu üsulun daha da uzunmüddətli olduğunu qeyd edir: “İnsan bədəninin yenidən istifadəsi mumiyalanmağa, basdırılma və ya yandırmaya görə daha təbii, etibarlı və davamlı bir variantdır. Bundan başqa, bu üsul karbon yayılması və ərazi istifadəsində də böyük qənaətə səbəb ola bilər”.

Seattleda yaşayan iş adamı Ketrin Spade 2014-cü ildən bu günə qədər cəsədlərin gübrəyə çevrilməsi üsullarını araşdırırdı.

Necə həyata keçirilir?

Spadenin şirkətinin həyata keçirdiyi üsulda cəsədlər içi yonca, odun çipi və qamış dolu bir konteynerə qoyulur. Konteynerin qapağı qapadılaraq, 30 gün gözlənir və cəsəd bu müddət içində təbii yollarla çürüyür, nəticədə iki əl arabasını dolduracaq miqdarda torpağa çevrilir. Son illərdə daha ekoloji cəsəd çürütmə üsulları yaranıb və onlar populyarlaşıb.

Keçən mart ayında ölən amerikalı aktyor Luke Perrinin də bioloji olaraq, çürüyə bilən bir “göbələkdən kəfənlə” basdırıldığı açıqlanmışdı. Göbələkdən hazırlanan kəfənin torpaqda çürüməsi və ya yandırılması zamanı yaydığı zəhərli maddələrinin faizinin daha az olduğu deyilir. İnsan gübrələmə üsulu İsveçdə qanunidir.

İngiltərədə isə cəsədin tabutsuz və ya təbiətdə çürüyəbilən tabutlarla basdırılması kimi “təbii çürümə” üsullarına icazə verilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
559 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...