Çin aviaşirkətləri “Boeing”dən təzminat istəyir

Çin aviaşirkətləri “Boeing”dən təzminat istəyir

“Air China” və “China Southern” aviaşirkətləri “737 MAX” modelindən olan təyyarələrə görə “Boeing” şirkətindən təzminat tələb edir. Bu barədə Çinin mərkəzi telekanalı hava yolları şirkətlərinin rəsmilərinə istinadən məlumat yayıb.
Bundan əvvəl analoji tələbi “China Easter” şirkəti irəli sürmüşdü.

“Air China” rəsmən “Boeing” şirkətindən “737 MAX” təyyarələrinin uzun müddət istifadəsiz qalması və əvvəl alınmış laynerlərin təhvil-təsliminin təxirə salınması ilə əlaqədar dəyən ziyana görə təzminat tələb edir”, - deyə telekanalın məlumatında qeyd olunur. Məlumata əsasən, Çin şirkətlərinin aviaparklarından “737 MAX” modelindən olan 96 təyyarə var.

Xatırladaq ki, Efiopiya hava yolları şirkətinə məxsus “Boeing 737 MAX 8” sərnişin təyyarəsinin mart ayında qəzaya uğramasından sonra (157 nəfər həyatını itirmişdi – red.), 20-dən çox ölkə bu modeldən olan təyyarənin öz hava məkanından uçmasına qadağa qoyub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
543 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...