Azərbaycanlılar Türkiyədə nə qədər ev alıb?

Azərbaycanlılar Türkiyədə nə qədər ev alıb?

Azərbaycan vətəndaşları ötən ay Türkiyədə 65 mənzil alıblar.

Axar.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatının (TÜİK) may ayı üzrə açıqladığı mənzil satışı statistikasında bildirilib.

Beləliklə, azərbaycanlılar qardaş ölkədən ən çox mənzil alanlar siyahısında 1 pillə enərək 7-cı sırada qərarlaşıb.

Hesabata görə, Azərbaycan vətəndaşları aprel ayında bu ölkədə 54 mənzil alaraq siyahıda 6-cı yerə yüksəlib. Lakin may ayında İraq vətəndaşları sahibləndikləri 98 mənzillə azərbaycanlıları geridə qoyub.

Ümumillikdə may ayında Türkiyədə mənzil satışlarının sayı keçən ilin eyni ayına görə 2,4% azalaraq 110 min 588-ə çatıb. Mənzil satışlarında 18 min 814 ev satışı ilə lider İstanbul olub.

Hesabat dövründə Rusiya vətəndaşları Türkiyədən 437 ev alıblar. Rusiya vətəndaşlarını müvafiq olaraq 207 mənzil ilə İran, 171 mənzil ilə Ukrayna vətəndaşları izləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
182 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...