Almaniya öz silahları ilə Ukraynaya Rusiya ərazisinə hücuma icazə verdi

Almaniya öz silahları ilə Ukraynaya Rusiya ərazisinə hücuma icazə verdi

Almaniya hökuməti Ukrayna ordusuna verilən silahların istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırıb. İndi Ukrayna Silahlı Qüvvələri (USQ) Rusiya ərazisindəki hədəflərə zərbələr endirmək üçün alman silahlarından istifadə edə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə BİLD məlumat yayıb.

"Son həftələrdə Rusiya Xarkov bölgəsindəki mövqelərdən, xüsusən də Rusiya sərhədinə bilavasitə bitişik ərazidən hücumlar hazırlayır, əlaqələndirir və həyata keçirir. Biz əminik ki, Ukrayna beynəlxalq hüquqa uyğun olaraq bu hücumlardan özünü müdafiə etmək hüququna malikdir”, - Almaniya hökumətinin sözçüsü Şteffen Qebeştrayt bildirib.

Qeyd edək ki, bundan əvvəl Almaniya kansleri Olaf Şolts Rusiya ərazisinə zərbələrin endirilməsinin əleyhinə olduğunu dəfələrlə bəyan edib. Buna görə də o, bir neçə dəfə "Taurus” qanadlı raketlərinin Ukraynaya verilməsinə mane olub. Mayın 26-da Şolts Rusiya ərazisindəki hədəflərə qarşı alman silahlarının istifadəsinə qarşı olduğunu təkrarlayıb. Sonra o vurğulayıb ki, bu şərt ilkin olaraq Ukrayna ilə razılaşdırılıb, yəni bu prinsipdən kənara çıxmağa heç bir əsas yoxdur.

Mayın 29-u axşam "Politico” xəbər verib ki, Olaf Şolts Ukraynanın alman silahlarından istifadə etməsi ilə bağlı mövqeyini dəyişib. Şteffen Qebeştrayt nəşrlə söhbətində etiraf edib ki, "Ukraynanın müdafiə hərəkətləri təkcə öz ərazisi ilə məhdudlaşmır, təcavüzkarın ərazisinə qədər genişləndirilə bilər”. Eyni zamanda, o, Berlin və Kiyev arasında alman silahlarının istifadəsinin sərhədlərinə dair razılaşmaları "məxfi” adlandırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
383 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...