İsrailin mərkəzi yanvardan bəri ilk dəfə raket hücumuna məruz qalıb

İsrailin mərkəzi yanvardan bəri ilk dəfə raket hücumuna məruz qalıb
Mayın 26-da günorta saatlarında Qəzza zolağından İsrailin mərkəzinə azı səkkiz raket atılıb.

“Report” “The Times Of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin açıqlamasında bildirib.

Raketlərin bir hissəsinin ələ keçirildiyini bildirən İsrail hərbçiləri, hücum sonucunda heç bir itki olmadığını açıqlayıb.

“The Times of Israel” qeyd edib ki, bu, son dörd ayda Rəfahdan İsrailin mərkəzinə ilk raket hücumudur.

HƏMAS-ın hərbi qanadı “Əl-Qəssam Briqadaları” raket hücumunun Təl-Əvivi hədəf aldığını bildirib. Belə ki, “Reuters”in sitat gətirdiyi açıqlamada hücumun mülki əhalinin “kütləvi qətl”inə cavab olduğu diqqətə çatdırılıb.

Qeyd edək ki, Rəfah Qəzza zolağında 2023-cü ilin oktyabrında HƏMAS terrorçularının hücumundan sonra başlayan əməliyyat zamanı İsrail hərbçiləri tərəfindən işğal olunmayan sonuncu böyük yaşayış məntəqəsidir.

Xatırladaq ki, mayın əvvəlində İsrail ordusu Rəfahın şərqində antiterror əməliyyatına başladığını elan edib. Mayın 24-də Beynəlxalq Ədalət Məhkəməsi İsraildən Rəfahdakı hərbi əməliyyatını dərhal dayandırmağı, soyqırım iddialarını araşdırmaq üçün mütəxəssislərin Qəzza zolağına çıxışını təmin etməyi və zolağın Misirlə sərhədində humanitar yardımların çatdırılması üçün keçid məntəqəsinin açılmasını tələb edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
255 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...