İsrail: "HƏMAS razılığa gəlmək istəmir, əməliyyatlar davam edəcək"

İsrail: "HƏMAS razılığa gəlmək istəmir, əməliyyatlar davam edəcək"

İsrail hakimiyyəti hesab edir ki, Fələstinin HƏMAS hərəkatı nümayəndələrinin vasitəçilərin təkliflərindən imtina etməsi onların hər hansı razılığa gəlmək istəmədiklərindən xəbər verir, ona görə də Qəzza zolağında əməliyyat tam şəkildə davam etdiriləcək.

Qaynarinfo xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisi və MOSSAD kəşfiyyatının birgə bəyanatında deyilir.

"Qahirədəki görüşdən bir həftədən çox vaxt keçdi - HƏMAS vasitəçilər tərəfindən irəli sürülmüş İsrail tərəfindən maksimum çeviklik təklif edən təklifi rədd etdi. Bu, HƏMAS-ın Qəzza zolağındakı lideri Yəhya Sinvarın humanitar sövdələşməni və girovların qaytarılmasını istəmədiyini, İranla gərginlikdən istifadə etməyə davam etdiyini və regionda ümumi eskalasiyaya can atdığını sübut edir", deyə qeyd edilir.

Bəyanatda bildirilib ki, İsrail Qəzzadan olan 133 girovu geri qaytarmaq üçün əlindən gələni edəcək.

"İsrail bütün gücü ilə HƏMAS-a qarşı müharibənin məqsədlərinə çatmaq üçün səy göstərməyə davam edəcək", deyə mesajda vurğulanır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
282 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...