İrlandiya Prezidenti martın 7-dək xəstəxanada qalacaq

İrlandiya Prezidenti martın 7-dək xəstəxanada qalacaq
Fevralın 29-da özünü pis hiss etdiyi üçün xəstəxanaya yerləşdirilən İrlandiya Prezidenti Maykl Hiqqins cümə axşamına qədər xəstəxanada qalacaq.

"Report"un məlumatına görə, bu barədə RTE telekanalı məlumat yayıb.

82 yaşlı dövlət başçısının xəstəxanadan buraxılması qərarı onun yaşadığı zəiflik səbəbindən verilib. Telekanal Respublika Prezidentinin dəftərxanasının bəyanatına istinadən bildirir ki, “Prezident Hiqqins öz həkim qrupu ilə məsləhətləşdikdən sonra həkimlərin onun qan təzyiqinə nəzarət etməsi üçün daha bir neçə gün xəstəxanada qalmaq tövsiyəsi ilə razılaşıb. Hiqqinsə tam sağalmaq üçün İrlandiya paytaxtının mərkəzindəki Phoenix Parkdakı iqamətgahına qayıtdıqdan sonra bir neçə həftə ictimai fəaliyyəti məhdudlaşdırmaq tövsiyə edilib.

“Prezident əla əhval-ruhiyyədədir və öz konstitusion vəzifələrini yerinə yetirməkdə davam edir”, - dəftərxanadan bildirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
281 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...