Zelenski marixuananın leqallaşdırılması haqqında qanun imzaladı

Zelenski marixuananın leqallaşdırılması haqqında qanun imzaladı
Ukrayna Prezidenti Volodimir Zelenski tibbi kannabisin (marixuananın) leqallaşdırılması haqqında qanunu imzalayıb.
Yeniavaz.com xəbər verir ki, müvafiq yazı Ukrayna parlamentinin saytında yer alıb.
“Prezident müharibə nəticəsində yaranan xərçəng və posttravmatik stress pozğunluqlarının zəruri müalicəsinə xəstələrin əlçatanlığının genişləndirilməsinə şərait yaratmaq məqsədilə çətənə bitkilərinin dövriyyəsinin tənzimlənməsi haqqında qanun layihəsini imzalayıb”, - sənəddə deyilir.
2023-cü ilin dekabrında Ali Rada tibbi kannabisin leqallaşdırılması haqqında qanun layihəsini qəbul edib. Zelenski bunu qəbul etməyin vacibliyində dəfələrlə təkid edib. Qanun rəsmi dərc edildiyi gündən altı ay sonra qüvvəyə minəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
268 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...