"O iki dostu öldürmək lazımdır” – Qırğız deputat prezidenti sifariş edibmiş

"O iki dostu öldürmək lazımdır” –
Qırğızıstan parlamentinin üzvü Emil Jamqırçıyev özbək kriminal avtoritet Salimbay Abduvəliyevdən Qırğızıstandakı “iki dostu” öldürməyə kömək göstərməyi xahiş edib.

Musavat.com Podrobno.uz-a istinadla xəbər verir ki, bu barədə Qırğızıstan prezidenti Sadır Japarov “Kabar” agentliyinə müsahibəsində bildirib.

Qeyd edək ki, Özbəkistanda Qırğızıstan parlamentinin deputatı Emil Jamqirçiyevə qarşı sərhədi qanunsuz keçmə və dələduzluq maddəsi ilə cinayət işi açılıb. O, gizli şəkildə Salim Abduvəliyevin yanına gəlib və onun köməkçisini də aldadıb. S.Abduvəliyev qırğız deputatla görüş faktını təsdiqləyib.

"O iki dostu öldürmək lazımdır” –


Emil Jamqırçıyev

Qırğızıstan prezidenti Sadır Japarov xalq nümayəndəsinin bu cür davranışını şərh edərək deyib ki, ona verilən məlumata görə, deputat Qırğızıstan-Özbəkistan dövlət sərhədini qanunsuz keçərək “Salimbaybaça” ləqəbli kriminal avtoritet Salim Abduvəliyevlə görüşüb və ondan “iki dostu” məhv etməkdə köməklik göstərməsini istəyib. Faktla bağlı araşdırma aparılıb. Dövlət Milli Təhlükəsizlik Komitəsinin (MTK) əməkdaşları Özbəkistanın xüsusi xidmət orqanları ilə birgə təhqiqat həyata keçiriblər. Nəticənin necə olacağı məni narahat etmirdi”, - deyə qonşu ölkə başçısı bildirib.

Qırğızıstan mediasının qeyd etdiyi kimi, Qırğızıstanda “iki dost” anlayışı prezident Sadır Japarov və Dövlət Milli Təhlükəsizlik Komitəsinin (MTK) rəhbəri Kamçıbek Taşiyevin tandemi kimi başa düşülür.

Qırğızıstan parlamenti deputat E.Jamqırçıyevin istintaqa cəlb olunmasına razılıq verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
242 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...