Çexiyada sabah matəm elan edilib

Çexiyada sabah matəm elan edilib
Çexiya hökuməti dekabrın 23-ü Praqadakı Karlova Universitetinin fəlsəfə fakültəsində baş vermiş atışma nəticəsində həlak olanların xatirəsinə matəm günü elan etmək qərarına gəlib.

"Report"un məlumatına görə, bunu respublikanın Baş naziri Petr Fiala Nazirlər Kabinetinin fövqəladə iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

"Hökumət həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verən qətnamə qəbul edib. Dekabrın 23-də faciə qurbanlarının xatirəsinə dövlət matəm günü elan edilib. Saat 12:00-da (Bakı vaxtı ilə 15:00-da - red.) bütün vətəndaşlardan qurbanları bir dəqiqəlik sükutla yad etməyi xahiş edirəm”, - Fiala bildirib.

Nazirlər Kabinetinin fövqəladə iclasında iştirak etmək üçün iş proqramını ləğv edən respublika Prezidenti Petr Pavel universitetdə baş verən atışmanın “Çexiya tarixində ən faciəli hadisə” olduğunu bildirib.

Qeyd edək ki, Praqada Karlova Universitetinin fəlsəfə fakültəsində baş verən atışma nəticəsində hücumçu da daxil olmaqla azı 15 nəfər ölüb, daha 24 nəfər yaralanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
290 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...