Rusiyalı jurnalist seçkilərdə namizəd oldu – Nazirlik yoxlanışa gəldi

Rusiyalı jurnalist seçkilərdə namizəd oldu –
Rusiyalı jurnalist Yekaterina Duntsova 2024-cü ilin mart ayında ölkədə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürüb. Bundan sonra Ədliyyə Nazirliyinin əməkdaşları təşəbbüs qrupunun qeydiyyat protokolunu təsdiq edən notariusu yoxlamağa gəliblər.
Yeniavaz.com xəbər verir ki, jurnalistin yaydığı məlumata görə, şöbə əməkdaşları Duntsovanın təşəbbüs qrupunun dekabrın 17-də keçirilən iclasının protokolu ilə maraqlanır.
Duntsovanın sözlərinə görə, iclasda notarius iştirak edib və iştirakçıların imzalarını təsdiqləyib. Həmin iclasda Mərkəzi Seçki Komissiyasının nümayəndəsi və polis əməkdaşları iştirak ediblər:
“Kreml mənim namizədliyimi dəstəkləyən təşəbbüs qrupunun qeydiyyat protokolunu təsdiq edən notariusa inzibati təzyiq mexanizmlərindən istifadə etmək qərarına gəlib. Qorxuram ki, hakimiyyət bu yolla mənim namizədliyimlə bağlı dünən Mərkəzi Seçki Komissiyasına təqdim etdiyim sənədləri gözdən salmağa çalışır... Nədənsə Putinin təşəbbüs qrupunun iclasının protokolunu təsdiq edən notariusun yanına gedməyiblər!”
Qeyd edək ki, Yekaterina Duntsova Rjev şəhərindən olan jurnalistdir. Əvvəllər o, həm də yerli bələdiyyə şurasının üzvü olub. Duntsovanın saytında deyilir ki, o, hərbi əməliyyatların dayandırılması, demokratik islahatlar və siyasi məhbusların azad edilməsinin tərəfdarıdır.
Duntsova prezidentliyə namizədliyini irəli sürmək niyyətini elan etdikdən sonra onu prokurorluğa çağırıblar və VTB Bank onun adına köçürmələri bloklayıb.
Dekabrın 20-də Duntsova onu dəstəkləyən təşəbbüs qrupunun qeydiyyata alınması üçün sənədləri MSK-ya təqdim edib. Komissiyanın cavab vermək üçün beş günü var. Jurnalist hesab edir ki, imtina üçün heç bir əsas yoxdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
299 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...