Tbilisinin mərkəzində polis iki qadını güllələyib

Tbilisinin mərkəzində polis iki qadını güllələyib
Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşı keçmiş həyat yoldaşını və qayınanasını tapança ilə güllələyib, bundan sonra o, başından yaralanıb.

Bu barədə Xüsusi İstintaq Xidmətinin rəhbəri Baçana Kvaratsxeliya bildirib.

KİV-in məlumatına görə, qətl gecə saatlarında Tbilisinin Dolidze küçəsində baş verib. Yerli sakinlərin sözlərinə görə, təqsirləndirilən şəxs keçmiş həyat yoldaşını və qayınanasını tapançadan atəş açaraq öldürüb, daha sonra isə intihara cəhd edib.

“Xüsusi İstintaq Xidməti Gürcüstan Cinayət Məcəlləsinin iki və ya daha çox şəxsin qəsdən öldürülməsinə dair 109-cu maddəsi ilə istintaqa başlayıb. Hazırda hadisə yerində istintaq və prosessual hərəkətlər aparılır. Əlavə təfərrüata gəlincə, bu barədə ictimaiyyətə daha sonra məlumat verəcəyik”, - deyə B.Kvaratsxeliya bildirib.


Onun sözlərinə görə, mərhumun iki azyaşlı uşağı və daha bir nəfər hadisənin şahidi olub.

Mənbə: Sputnik Gürcüstan



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
428 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...