Erməni hərbçilərin qohumları yolları bağladı

Erməni hərbçilərin qohumları yolları bağladı
Çaylaqqayada (Xtsaberd) 2020-ci il 10 noyabr sazişindən sonra Azərbaycana qarşı diversiya fəaliyyəti göstərən və buna görə həbs edilən erməni hərbçilərin yaxınları Gümrü-Bavra yolunu bağlayıblar.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

“Artıq hökumətin və ya Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşlərə ehtiyacımız yoxdur. Bizə oğullarımız lazımdır. Daha gözləyə bilmərik”, - etirazçılar bildiriblər.

Aksiya iştirakçıları Azərbaycanda konkret maddələrlə cinayətləri sübut edilən erməni hərbçilərin geri qaytarılması ilə bağlı konkret məlumat almayana qədər yolu açmayacaqlarını vurğulayırlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
431 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...