İsveçin NATO-ya daxil olacağı tarix açıqlandı

İsveçin NATO-ya daxil olacağı tarix açıqlandı
İsveçin NATO-ya daxil olacağı tarix açıqlanıb.

Bu barədə ABŞ dövlət katibi Antoni Blinken “Euronews” telekanalına müsahibəsində danışıb. Blinken İsveçin hansı tarixdə NATO-ya üzv ola biləcəyi ilə bağlı açıqlama verib. O bildirib ki, bu, iyulun 11-12-də Vilnüsdə keçirilməsi planlaşdırılan alyans ölkələrinin sammitində baş verə bilər.

“Mən əminəm ki, bu, tezliklə baş verəcək. İyulda Vilnüsdə keçiriləcək NATO sammitinə qədər Finlandiya kimi, İsveçin də NATO-ya yeni üzv olaraq qoşulacağını düşünürəm”, - deyə o qeyd edib.


Xatırladaq ki, aprelin 4-də Finlandiya rəsmi olaraq NATO-ya üzv olub. ABŞ dövlət katibi Antoni Blinken ölkənin alyansa rəsmi qəbulu mərasimində iştirak edib. O, alyansın digər üzvləri tərəfindən ölkənin NATO-ya qoşulması haqqında ratifikasiya olunmuş protokolları qəbul edib.

Mənbə: Lenta.ru



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
479 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...