Bolqarıstandan Putinə cavab: Bu haqqa sahibik

Bolqarıstandan Putinə cavab:
Sofiya “Türk axını”nın tikintisini bilərəkdən yox, Avropa Birliyinin prosedur öhdəliklərinin icra edilməsi üçün saxlayıb.

Axar.az xəbər verir ki, bunu Bolqarıstan Baş naziri Boyko Borisov deyib.

“Bolqarıstan Avropa Birliyi prosedurlarına əməl edir. Hər kəs alternativ marşrutları axtarmaq haqqına sahibdir. Biz alternativ diversifikasiyalar axtarırıq”.

Qeyd edək ki, bundan öncə Rusiya Prezidenti Vladimir Putin Bolqarıstanı “Türk axını”nın reallaşdırılmasını uzatmaqda ittiham edib. O, Bolqarıstanın kəmərə mane olacağı halda Moskvanın Avropanın cənubunda yeni marşrutlar axtaracağını bildirib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
45 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...