Dağıstan terrorçularından biri partiya üzvü imiş

Dağıstan terrorçularından biri partiya üzvü imiş
Dağıstanda sinaqoq və kilsələrə hücum edən yaraqlılardan birinin “Ədalətli Rusiya” partiyasının Serqokalinski rayonundakı şöbəsinin keçmiş rəhbəri Əli Zakariqayev olduğu üzə çıxıb.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, siyasətçi partiyadan xaric edilib.

KİV-in məlumatına görə, Zakarigayev iki il əvvəl şöbəyə rəhbərlik edib. Siyasətçi tutduğu vəzifədən istefa verib, lakin “Ədalətli Rusiya”nın sıravi üzvü olaraq qalmaqda davam edib.

“Hazırda onun partiyadan çıxarılması ilə bağlı qərar hazırlayırıq. O, partiyada belə bir şeylə fərqlənməyib, biz hiss etməmişik, fəal işləyirdi, bizimlə əməkdaşlıq edirdi, seçkilərdə iştirak edirdi. Ümumiyyətlə, ona dair heç bir şikayət daxil olmayıb. İki övladı var, daim iclaslara gəlirdi. Biz burada şokdayıq”, – partiyadan Zakarigayev haqqında bildiriblər.

Daha sonra partiyanın mərkəzi qərargahı Zakariqayevin partiyadan xaric edilməsi barədə qərarın qəbul edildiyini bildirib.

“Ədalətli Rusiya”nın Dağıstan bölməsinin sədri Kamil Davdiyev öz növbəsində bildirib ki, terror aktı qorxu və çaxnaşma salmaq, millətlərarası ədavət və dinlərarası nifaqı qızışdırmaq, cəmiyyəti parçalamaq məqsədi daşıyır, lakin onlar məqsədlərinə nail olmayacaqlar və cinayətlərin təşkilatçıları və icraçıları layiqli cəzalarını alacaqlar.

Xatırladaq ki, iyunun 23-də axşam saatlarında silahlı yaraqlılar iki pravoslav kilsəsinə və Dərbənddə sinaqoqa hücum ediblər. Eyni zamanda terrorçular Mahaçqalada yol polisi postunu atəşə tutublar.

Son məlumatlara görə, qurbanların sayı 20 nəfər olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
143 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...