Sabiq deputat vəfat etdi

 Sabiq deputat vəfat etdi
Milli Məclisin sabiq deputatı Mirkazım Kazımov uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə APA-ya onun yaxınları məlumat verib.
Bildirilib ki, sabiq deputat M.Kazımov doğulduğu Cəlilabad rayonunun Hasıllı kəndində dəfn ediləcək.
Xatırladaq ki, Mirkazım Kazımov uzun müddət Milli Məclisin Cəlilabad rayonundan deputatı olub.
Milli Məclisin ikinci çağırış deputatlarından olan M.Kazımov 1950-ci ildə Cəlilabad rayonunda anadan olub. Uzun illər YAP-da müxtəlif vəzifələr tutan M.Kazımov, həm də “Qasid” ASC-nin sədri olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
153 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...