Müstəqim Məmmədov şəhidi İsmayıllı Şamil evini ziyarət etdi

Müstəqim Məmmədov şəhidi İsmayıllı Şamil evini ziyarət etdi
İcra başçısı Vətən müharibəsi şəhidi İsmayıllı Şamil Kamil oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib

Tərtər İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Rayon Təşkilatının və rayon Ağsaqqallar Şurasının sədirləri ilə birlikdə rayonun Dəmirçilər kəndində şəhid İsmayıllı Şamil Kamil oğlunun ailəsində olub, şəhidin ikinci ildönümü ilə əlaqədar ailə üzvlərinə baş sağlığı verib, ailənin qayğıları ilə maraqlanıb.
Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərin ruhuna dualar oxuyub.
İsmayıllı Şamil Kamil oğlu 1993-cu il yanvar ayının 4-də Tərtər rayonunun Dəmirçilər kəndində anadan olub. O, 2013-cü ildən 2020-ci ilədək Azərbaycan Ordusunda qulluq edib, aprel döyüşlərinin iştirakçısı olub. 2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi” yubleyi medalı ilə təltif olunub. Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşdə şəhid olub və oktyabrın 20-də doğulub boya-başa çatdığı kənddə dəfn olunub. Özündən sonra 2 qız balası yadigar qalıb.
Ölümündən sonra həmyerlimiz Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
535 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...