Nazirlik: “Elə tələbə var ki, təhsil müddətində 4 dəfə köçürülüb”

Nazirlik: “Elə tələbə var ki, təhsil müddətində 4 dəfə köçürülüb”
“Bakalavriat səviyyəsi üzrə tələbələrin köçürülməsi ilə bağlı boşluqlar “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində nəzərə alınacaq. Etiraf edim ki, magistratura və doktorantura səviyyəsi üzrə köçürülmə məsələsindəki problemlərlə bağlı bizə çox sayda müraciət olur”.

“Report” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm və ali təhsil şöbəsinin müdiri Yaqub Piriyev parlametdə “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

Nazirlik rəsmisi qeyd edib ki, Azərbaycanda magistratura səviyyəsi üzrə köçürülmə olmayıb: “Magistratura üzrə mövzular ilk 3 ayda təsdiq olunur. Baxmayaraq ki, ali təhsil müəssisələrinə muxtariyyət verilsə də, fənlərlə bağlı elə dəyişiklik edilir ki, 3-cü semestrdə keçirilən fənn 1-ci semestrdə keçirilir”.

O söyləyib ki, 3000 tələbə köçrülməsi üçün müraciətdən 500-ü geri qayıdıb: “Elə tələbə var ki, 4 dəfə köçürülüb. Bəzən olur ki, tələbə valideynin israrı ilə ixtisas seçib, lakin 1 il və ya 6 ay oxuyandan sonra qərar qəbul edir ki, ixtisasımı dəyişməliyəm. Magistratura səviyyəsi üzrə daxili qaydaları təsdiqlənməlidir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
448 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...