“Yanlış anlayanlardan üzr istəyirəm”- Borrel "cəngəllik" açıqlamasına aydınlıq gətirdi

“Yanlış anlayanlardan üzr istəyirəm”-
Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Jozep Borrelin Aİ-dən kənardakı dünyanı cəngəlliklə müqayisə edən bəyanatı tənqid hədəfinə gəlib.

Azpost.info xəbər verir ki, bəyanatla bağlı etirazlar fonunda Borrel məsələyə yenidən qayıdıb.

O bildirib ki, məlum açıqlamasında irqçilik əlamətləri yoxdur. Borrel qeyd edib ki, “cəngəllik” hər yerdə var, o cümlədən Ukraynada: “Bu qanunsuzluq və nizamsızlıq dünyasının böyüməsi mənim “cəngəllik” dedikdə nəzərdə tutduğum şeydir. Bu ifadədə heç bir irqçi, mədəni və coğrafi çalar yoxdur. Həqiqətən və təəssüf ki, cəngəllik hər yerdə, o cümlədən bu gün Ukraynada var”.

O, həmçinin sözlərini “müstəmləkəçi avrosentrizm”lə səhv salanlardan üzr istəyib.

Ötən həftə İspaniyanın La Toja forumunda çıxış edən Borrel Avropanı siyasi azadlıq, iqtisadi rifah və sosial bərabərlik səylərini birləşdirən bağla müqayisə edib. Onun fikrincə, dünyanın çox hissəsi cəngəllikdir və cəngəllik bağı işğal edə bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
428 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...