“And yerimiz şəhidlər” kitabının Tərtərdə təqdimatı keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin akt zalında “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi tərəfindən “And yerimiz şəhidlər” adlı layihə çərçivəsində nəşir edilən eyni adlı kitabın təqdimatı keçirilib.
Təqdimatda Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, şəhid ailələri, qazilər, Yap Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xudiyev, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rauf Aslanov, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini, Güney Azərbaycan şöbəsinin rəhbəri, “Körpü” verilişinin ideya müəllifi və aparıcısı Sayman Aruz, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, publisist Damət Salmanoğlu, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Füzuli Kərimov, içtimai birliyin Qarabağ nümayəndəliyinin rəhbəri Həsənağa Bayramov, mədəniyyət işçiləri, ictimaiyyət və KİV-in nümayəndələri iştirak ediblər.
Öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, sonra dövlət himni səsləndirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbiri açaraq 30 il işğal altında qalan torpaqlarımızın cəmi 44 gün ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun gücü ilə azad edilməsindən, Zəfər gününün tarixə qızıl həriflərlə yazılmasınmdan, Vətən müharibəsində Tərtər rayonunun infrastrukturuna dəymiş ziyandan, tərtərli hərbi və mülki şəhidlərdən, qazilərdən danışıb, dövlət tərəfindən, “Yaşat” fondu tərəfindən onlara göstərilən diqqət və qayğını dilə gətirib, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid və qazi ailələrinə göstərdikləri qayğını vurğulayıb.
Sonra rayon rəhbəri“ And yerimiz şəhidlər” kitabında Tərtər rayonundan olan şəhidlərə ayrıca bölmə ayırdıqları üçün kitabın yaradıcı heyətinə öz minnətdarlığını bildirib.
Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri Tahir Xudiyev “And yerimiz şəhidlər” kitabı haqqında məlumat verib. Bildirib ki, kitabda Tərtər, Bərdə və Bakının Nizami rayonundan olan şəhidlər haqqında məlumatlar verilib.
Sonra şair, puplisist Damət Salmanoğlu Azərbaycanın müstəqilliyinə həsr etdiyi şeiri oxuyub.
Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Sayman Aruz Vətən müharibəsi şəhidlərinin döyüşlərdə göstərdiyi şücaətdən danışıb, şəhidlərin gənclərimizə tanıdılması üçün mütəmadi tədbirlərin keçirilməsinin hər kəsin vətəndaşlıq borcu olduğunu qeyd edib.
Tədbirdə iştirak edən şəhid valideynləri Gülnarə Salahova, Afidə Məmmədova, Qətibə Hacıyeva, Bəhruz Qənbərli, Zahid Məmmədov və qazilər Amid Paşayev, Təhmuraz Muradov, Orxan Həsənzadə, Sadiq Abbaslı onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Sonra tədbir iştirakçılarına “And yerimiz şəhidlər” kitabı paylanıb.
493 dəfə oxundu