Türkiyədə müzakirələrə səbəb olan qanun qüvvəyə mindi

Türkiyədə müzakirələrə səbəb olan qanun qüvvəyə mindi

Xəbər verdiyimiz kimi, Türkiyə Böyük Millət Məclisi (TBMM) dezinformasiya hesab edilən media və sosial şəbəkə məlumatlarına görə 3 ilə qədər həbs cəzasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

Yeniavaz.com xəbər verir ki, qanun “Resmi Gazete”də dərc edilərək qüvvəyə minib.

Məlumat üçün bildirək ki, qanun ilə ictimaiyyəti çaşdıran məlumatların açıq şəkildə yayılmasına görə 1 ildən 3 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Qeyd edək ki, qanun layihəsi Türkiyədə geniş müzakirələrə və mübahisələrə səbəb olub. Bəzi media nümayəndələri və siyasətçilər qanun layihəsini mətbuat və söz azadlığının pozulması kimi qiymətləndiriblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
510 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...