Müharibə başlayandan bəri Rusiya hərbi aviasiyasının 10 qeyri-döyüş itkisi var

Müharibə başlayandan bəri Rusiya hərbi aviasiyasının 10 qeyri-döyüş itkisi var

Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayandan bəri bu ölkənin hərbi aviasiyası qeyri-döyüş şəraitində azı 10 təyyarəsini itirib.

“Report” xəbər verir ki, hesablamanı “The Bell” nəşri aparıb.

Bildirilib ki, Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində “Su-34” qırıcı təyyarəsinin qəzaya uğraması bu ölkənin hərbi aviasiyasının son tam olmayan 8 ayda 10-cu qeyri-döyüş itkisi olub.

Daha öncə fevralın 24-də Voronej vilayətində “An-26”, aprelin 8-də Leninqrad vilayətində “MiQ-31”, iyunun 17-də Belqorod vilayətində “Su-25”, iyunun 21-də Rostov vilayətində “Su-25”, iyunun 24-də Ryazan vilayətində “İl-76”, sentyabrın 11-də işğal altındakı Krım yarımadasında “Su-34”, oktyabrın 1-də işğal altındakı Krım yarımadasında adıçəkilməyən təyyarə, oktyabrın 9-da Rostov vilayətində “Su-34”, oktyabrın 9-da Rostov vilayətində “Su-25” (bir gündə ikinci itki) təyyarələri qəzaya uğrayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
478 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...