Müstəqim Məmmədov şəhid ailəsini ziyarət etdi - FOTO

Müstəqim Məmmədov şəhid ailəsini ziyarət etdi -
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman həmyerlimizdən biri də Tərtər rayonunun Kəngərli kəndində doğulub boya-başa çatmış Quluzadə Elmin Şəmsi oğludur. Onun 22 yaşı vardı. Vətən müharibəsində oktyabrın 17-də Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.
Elmin 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.


Elminin şəhadətə qovuşmasının ikinci ildönümü ilə əlaqədar rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev və YAP rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə onun ailəsini ziyarət edib, qayğıları ilə maraqlanıb. Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.

Ailə üzvləri rayon rəhbəri ilə Elminlə bağlı xatirələrini bölüşüblər.

İcra başçısı Quluzadə Elminin - Vətəni canından əziz tutan oğulların keçdikləri qısa, lakin şərəfli ömür yolunun gənclərə örnək olduğunu bildirib, şəhidlərin heç zaman ölmədiyini, onların Tanrı dərgahında ən yüksək mərtəbədə olduğunu bildirərək, ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərimizə rəhmət diləyib.
Elminin ailə üzvləri şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və birinci Vitse Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!


Müstəqim Məmmədov şəhid ailəsini ziyarət etdi -
Müstəqim Məmmədov şəhid ailəsini ziyarət etdi -
Müstəqim Məmmədov şəhid ailəsini ziyarət etdi -
Müstəqim Məmmədov şəhid ailəsini ziyarət etdi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
592 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...