Səudiyyə Ərəbistanı Ukraynaya 400 milyon dollar ayırdı

Səudiyyə Ərəbistanı Ukraynaya 400 milyon dollar ayırdı
Səudiyyə Ərəbistanı hökuməti Ukraynaya humanitar yardım üçün 400 milyon dollar ayırıb.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında məlumat verilib.

Qeyd olunub ki, qərar krallığın vəliəhdi Məhəmməd bin Salmanla Ukrayna lideri Volodimir Zelenski arasında telefon danışığından sonra verilib.

“Prezident Zelenski Səudiyyə Ərəbistanı rəhbərliyinin Ukrayna xalqına 400 milyon dollar məbləğində əlavə humanitar yardım göstərmək qərarına görə vəliəhd şahzadəyə minnətdarlığını bildirib və təşəkkür edib”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, ötən gecə Zelenski krallığın vəliəhd şahzadəsi ilə söhbət etdiyini deyib.

“Biz Ukraynaya makromaliyyə dəstəyi verilməsi ilə bağlı razılığa gəldik”, - deyə Ukrayna Prezidenti “Twitter” hesabında yazıb.

Mənbə: İzvestiya



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
453 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...