"Oğlum iki aydan artıqdır iş tapa bilmir, çətinlik də olsa, dözürük..." - Deputat

"Oğlum iki aydan artıqdır iş tapa bilmir, çətinlik də olsa, dözürük..." -

“Oğlumun ABŞ-a getmək üçün "Green card"a müraciət etməsi ilə bağlı yayılan məlumatlar doğru deyil. Mənim oğlum ABŞ-a getməyib, heç vaxt da getmək fikri olmayıb. O, Vətən Müharibəsindən qayıdandan sonra Gürcüstanın “Borjomi” komandasında peşəkar futbolla məşğul oldu. Hazırda zədələndiyinə görə Vətənə gəlib. Biz də istəyirik ki, oğlum Azərbaycanda bir iş tapıb işləsin. Düzünü desəm, baxmayaraq ki, peşəkar futbola olduqca böyük marağı var, istəyirik mühüm iş tapa bilsin. Hələlik iki aydan artıqdır iş tapa bilməyib”.

Gundeminfo.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

“Övladlarımdan, eyni zamanda yaxın qohumlarımdan heç birinin ABŞ-a, yaxud xaricə getmək fikri yoxdur. Bunu deyim ki, mən Ali Məhkəmədən istefa verəndən sonra Türkiyə Ali Məhkəməsinin keçmiş sədri İsmət Ocaqçıoğlu Avropa Məhkəməsində çox yüksək maaşlı və şəraitli işə düzəlməyimə yardım etmək istədi. Mən isə Vətəni tərk etməkdən imtina etdim. Bizdə ailəliklə Vətənə ciddi bağlılıq var. Nə qədər çətinlik də olsa, dözürük. Necə ki 22 il işsiz qalaraq dözdüm. Övladlarım da mənimlə birlikdə…” - T.Kərimli bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
483 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...