Fransada gələn həftə ümummilli tətil başlayır

Fransada gələn həftə ümummilli tətil başlayır
Fransanın böyük həmkarlar ittifaqları oktyabrın 18-də ümummilli tətil keçirməyə razılaşıblar.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə həmkarlar ittifaqlarının yaydıqları birgə bəyanatda deyilir.

Həmkarlar ittifaqları tərəfdarlarını şəhərlərinin prefekturaları qarşısında etiraz aksiyası keçirməyə çağırıb.

Tətilin keçirilməsinə səbəb hökumətin siyasətinə etiraz olaraq aksiyalar təşkil edən neft emalı zavodu və yanacaq anbarı işçilərini işə getməyə məcbur etmək cəhdləridir.

Onlar, həmçinin təhsil müəssisələrində keyfiyyətin və şəraitin yaxşılaşdırılması, maaşların, pensiyaların, subsidiyaların artırılmasını tələb edirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
462 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...