Dubay şeyxi ilə evli olmuş azərbaycanlı ana BMT-dən kömək istəyir
Dubayın hakim ailə üzvünün keçmiş həyat yoldaşının vəkilləri BMT-nin İnsan Hüquqları Şurasına müraciət ediblər. Onlar Zeynəb Cavadlı və onun uşaqlarının təhlükəsizliyini təmin etmək üçün Şuranın işə müdaxiləsini istəyirlər. İddia olunur ki, xanım Cavadlı şeyx Səid bin Məktum bin Rəşid əl-Məktumla qəyyumluqla bağlı mübahisə zamanı hakimiyyət tərəfindən təzyiq, təqib və hədə-qorxuya məruz qalıb.Şeyxin vəkilləri xanım Cavadlının yararsız ana olduğunu iddia edirlər. Onun özü bu ittihamları rədd edib.
AzToday.az “BBC Azərbaycanca”ya istinadən xəbər verir ki, Zeynəb Cavadlı eksklüziv videoda “lütfən mənə kömək edin” deyir. “Uşaqlarım və mənim həyatımız və təhlükəsizliyimiz üçün vahimə içindəyik və qorxuruq.
“Biz faktiki olaraq evsizik və Dubayda bir oteldə ilişib qalmışıq, uşaqlarım həbs oluna biləcəyimdən və əlimdən alınacaqları qorxusuyla oranı tərk edə bilmirlər”.
Müdaxilə ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasına müraciətində xanım Cavadlının britaniyalı vəkilləri onun həm hərəkət, həm də ifadə azadlığının məhdudlaşdırıldığını, ona qarşı hədə-qorxu taktikasının tətbiq edildiyini iddia edirlər.
Müraciətdə iddia olunur ki, iki il əvvəl yerli polisi onların evinə zorla daxil olarkən onun övladları və valideynləri hücuma məruz qalıblar. Zeynəb Cavadlı həmin anları canlı yayımlayaraq dünyanın diqqətini özünə çəkmişdi. Bu hadisədən sonra onun valideynləri Azərbaycana qayıdıblar.
Zeynəb Cavadlının sözlərinə görə, son üç il ərzində polis basqınları, məhkəməyə çağırış və həbs qərarları onun gündəlik həyatının bir hissəsinə çevrilib.
Zeynəb Cavadlı BMT-nin müdaxiləsi ilə bağlı işini məhz belə bir kontekstdə təqdim edir.
“Biz öz evimizdə girovluqdayıq”, – o, BBC-nin əldə etdiyi videoda deyir.
“Hələ də gec deyil… Vəziyyəti daha da pisləşdirməyə ehtiyac yoxdur – hazırda bütün tərəflərin maraqlarına uyğun olaraq buna son qoymaq mümkündür”, – onun vəkillərindən biri Rodney Dixon deyir.
Xatırladaq ki, Azərbaycandan olan 31 yaşlı keçmiş beynəlxalq gimnast 2019-cu ildə şeyx Səiddən boşandıqdan sonra yaşadığı Dubayda qalıb. O, ölkəni tərk edəcəyi təqdirdə uşaqlarını bir daha görə bilməyəcəyindən qorxur və üç azyaşlı qızı ilə Dubayda qalır.
Təxminən üç ilə yaxındır ki, o, keçmiş həyat yoldaşı ilə qəyyumluq uğrunda mübarizə aparır.
Xanım Cavadlı Dubayın hökmdarı şeyx Məhəmməd bin Rəşid əl-Məktumun qardaşı oğlu olan şeyx Səidlə 2015-ci ildə ailə qurub.
607 dəfə oxundu