İcra başçısı gəncəli şəhid İlqar Bürcəliyevin əmisini qəbul edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov gəncəli Vətən müharibəsi şəhidi, Bürcəliyev İlqar Vüqar oğlunun əmisi teatrşünas, tənqidçi Anar Burcəliyevi qəbul edib.
Məlumat üçün bildiririk ki, İlqar Bürcəliyev görkəmli teatr və kino xadimləri Azərbaycan Respublikasının xalq artistləri Məmməd Bürcəliyev və Sədayə Mustafayevanın nəticəsidir. O, Tərtər rayonunun Suqovuşan kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
Qəbul zamanı şəhidin əmisi rayon rəhbərinə Göygöl rayonundan olan şəhid və qazilər haqqında yazdığı “Qalib əsgərin hekayəti” kitabını təqdim edib.
İcra başçısı şəhidin əmisinə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı altında Vətən müharibəsində qazanılan şanlı Zəfərdən söhbət açıb, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş, tarix yazan tərtərli şəhidlər, öz sağlamlığını itirmiş qazilər barədə məlumat verib.
Bildirilib ki, Vətən müharibəsi zamanı Tərtər şəhərinin və onun yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində rayonun infrastrukturuna güclü ziyan dəyib. 44 günlük Vətən müharibəsində rayona 16277 top, tank, qrad mərmisi düşüb, 21 qadağan olunmuş raket atılıb. Yaşayış evləri, sosial obyektlər, inzibati binalar dağılıb, o cümlədən 12 körpələr evi-uşaq bağçasına, 16 ümumtəhsil məktəbinə, İlk Peşə İxtisas Məktəbinə, Gənclər Mərkəzinə, 10 tibb, 7 mədəniyyət müəssisəsinə, 1 məscidə, kənd təsərrüfatına, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
44 günlük Vətən müharibəsibdə Tərtər rayonundan 46 nəfər hərbi qulluqçu, 16 nəfər isə mülki şəxs, ümumilikdə 62 nəfər şəhid olub, 63 nəfər mülki şəxs yaralanıb. 1554 nəfər Vətən müharibəsi iştirakçısının 53 nəfərinə əlillik dərəcəsi təyin edilib.
Qəbulda Azərbayacan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid və qazi ailələrinə göstərdikləri diqqət və qayğıdan, “Yaşat” Fondunun şəhid və qazi ailələrinə dəstəyindən də söhbət açılıb və xatirə şəkli çəkilib.
598 dəfə oxundu