Pasportların verilməsi yubadılır? - DİN və ASAN Xidmətdən ziddiyyətli açıqlamalar
Son günlər sosial şəbəkələrdə ümumvətəndaş pasportlarının verilməməsi xəbərləri müzakirə mövzusuna çevrilib. Şərhlərdə pasport almadığını deyən şəxslərin bəziləri Daxili İşlər Nazirliyinin daxili qaydalarında dəyişiklik olduğuna, bəziləri isə Ukrayna-Rusiya arasında gedən müharibəyə diqqət çəkir.
Sosial şəbəkədə xarici pasport ala bilmədiyi haqda şərh verənlərdən biri də Həsən Rəsulzadədir.
Gundeminfo.az xəbər verir ki, vətəndaş Toplum Tv-yə açıqlamasında, iki həftə öncə ASAN Xidmətə ümumvətəndaş pasportu almaq üçün müraciət etdiyini deyib. O bildirib ki, ona hələki pasportun verilməsi ilə bağlı icazə olmadığı deyilib:
“İlk dəfə idi müraciət edirdim. Heç bir ölkəyə getmək istəmirdim. Düşünürdüm ki, alım, qalsın. Nə vaxtsa lazım olar. Sadəcə dedilər ki, hələ ki icazə yoxdur. Əlaqə nömrəsi götürdülər. Dedilər ki, veriləndə xəbər edəcəyik”.
Dövlət Miqrasiya xidməti yanında ictimai şuranın sədri Azər Allahverənov deyir ki, son aylarda ümumvətəndaş pasportlarının verilməsi zaman ləngiləmələr fevralda, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan sonra Azərbaycana kütləvi təxliyə səbəbi ilə bağlıdır. Amma ümumvətəndaş pasportunun verilməsi ilə bağlı hər hansısa yeni qayda yoxdur:
“Fevral ayında Rusiyanın-Ukraynaya hərbi müdaxiləsi başlayandan sonra Ukraynadan Azərbaycana çoxsaylı miqrant gəlmişdi. Bu miqrantlar arasında həm Ukrayna vətəndaşı olan şəxslər, həm də Ukraynada müvəqqəti əsaslarla yaşayan, hətta çoxunun sənədlərinin uzun müddətdir etibarlılıq müddəti bitmiş bizim vətəndaşlarımız var. Onlar bu hadisələr zamanı Azərbaycana üz tutdular. Xatırlayırsınızsa, 2-3 ay ərzində 15 mindən çox insan Azərbaycana müxtəlif yollarla təxliyə olundu. Onların arasında elə adamlar vardı ki, pasportlarının müddəti 10-15 il öncə bitmişdi. Sonrakı mərhələdə o insanların vətəndaşlıq məsuliyyətləri araşdırılmalı idi. Bu vətəndaşlıq mənsubiyyətinin araşdırılması müəyyən vaxt tələb edirdi. Nəticədə bu ilin iyul-avqust aylarından etibarən ASAN Xidmətin istər miqrasiya şöbəsində, istərsə də şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş vəsiqələrinin verilməsi ilə məşğul olan Daxili İşlər Nazirliyinin müvafiq şöbələrinə çoxsaylı müraciətlər daxil oldu. Hətta bu müraciətlər yüzlərlə yox, minlərlə ölçülürdü", - deyə o qeyd edib.
Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev pasportunun verilməməsi lə bağlı yayılan xəbərləri əsassız adlandırıb.
"Qanuna müvafiq olaraq,Daxili İşlər Nazirliyinin müvafiq strukturu tərəfindən vətəndaşların pasportla bağlı müraciətlərinə diqqətlə yanaşılır, hər bir vətəndaş müvafiq qaydada qanunvericilik tələblərinə uyğun olaraq, pasportla təmin olunur", - deyə qurumun əməkdaşı əlavə edib.
Məsələ ilə bağlı ASAN Xidmətin çağrı mərkəzinin operatoru isə bildirib ki, Daxili İşlər Nazirliyi tərəfindən artıq bir həftədir yeni qərar qəbul olunub:
"Xarici pasportun verilməməsi kimi bir hal yoxdur. Sadəcə, ilk dəfə alınanda Daxili İşlər Nazirliyi tərəfindən araşdırma aparılır deyə, cavab gələndən sonra vətəndaş xarici pasport ala bilir. Araşdırma işləri nə qədər müddət alır, dəqiq bilmirik. Amma ən azı 15 iş günü, 1 ay çəkir. Maksimum 1 həftədir ki, belə hal var".
Daxili İşlər Nazirliyi heç bir dəyişikliyin olmadığını bildirsə də, ASAN Xidmət ümumvətəndaş pasportunun verilməsi prosedurunda bir həftədir yeni qaydaların tətbiq edildiyini vurğulayıb.
555 dəfə oxundu