Rusiya ərazisi planetin qalan hissəsindən 2,5 dəfə daha sürətlə istiləşir

Rusiya ərazisi planetin qalan hissəsindən 2,5 dəfə daha sürətlə istiləşir
Qlobal istiləşmə ən çox Rusiyada özünü göstərir. Ölkə ərazisi bütün planetlə müqayisədə 2,5 dəfə daha sürətlə istiləşir.

Bu barədə bazar ertəsi mətbuat konfransında Ümumdünya Meteorologiya Təşkilatının məlumatlarına istinadən Roshidrometin rəhbəri İqor Şumakov bildirib.

O qeyd edib ki, ölkə ərazisində hər onillik əvvəlkindən daha isti keçir.

Şumakovun sözlərinə görə, ən sürətli temperatur artımı ölkənin şimal qütb regionunda baş verir. Arktikada dəniz buzlaqlarının sahəsi azalır, daimi donmuş torpaqlar isinir. Nəticədə təhlükəli hava hadisələrinin statistikası artır.

Roshidrometin rəhbəri qeyd edib ki, müşahidə olunan iqlim dəyişikliyinin daha da pisləşməsi ehtimalı yüksəkdir.

Mənbə: TASS



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
377 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...