Şagirdin döyüldüyü məktəbin direktor əvəzi işdən çıxarıldı

Bakının Sabunçu rayonunda yerləşən 112 nömrəli məktəbin direktor əvəzi işdən uzaqlaşdırılıb.
Şagirdin döyüldüyü məktəbin direktor əvəzi işdən çıxarıldı


Yeniavaz.com xəbər verir ki, bununla bağlı Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə feysbuk səhifəsində məlumat verib. Müvafiq əmr elm və təhsil naziri Emin Əmrullayev tərəfindən verilib.

Xatırladaq ki, 112 saylı orta məktəbdə şagird sinif otağında məktəbli yoldaşı tərəfindən döyülmüşdü. Bu barədə yayılan görüntülər ciddi etirazlara səbəb olmuşdu.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
406 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...