Qriqoryan Hikmət Hacıyevlə nəyi müzakirə edib? - AÇIQLAMA

Qriqoryan Hikmət Hacıyevlə nəyi müzakirə edib? -
"ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan tərəfi ilə görüşü effektiv qiymətləndirmək olar".

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşünə dair açıqlamasında qeyd edib.

“Biz regionda sülhün bərqərar olması mövzularını müzakirə etdik. Delimitasiya, sərhədlərin təhlükəsizliyi, eləcə də regiona sabitlik və sülh gətirən digər məsələlərlə bağlı danışıqlar apardıq. Bu istiqamətlərdə necə irəliləyəcəyimizi aydınlaşdırmağa çalışdıq. Ermənistanla Azərbaycan arasında sülh sazişi bütün bunlarla bağlıdır. Ermənistan-Azərbaycan danışıqları başqa formatlarda da davam edir. Xarici işlər nazirləri, baş nazirin müavinləri və milli təhlükəsizlik xidmətinin rəhbərləri səviyyəsində danışıqlar var. Bütün bunlarla yanaşı, ölkə liderlərinin görüşləri də var ki, bu da digər formatlarda qeydə alınan irəliləyişlərdən asılıdır" - deyə Qriqoryan bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
446 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...