KİV: "Türkiyənin daxili işlər naziri istefa verib"

KİV: "Türkiyənin daxili işlər naziri istefa verib"

Türkiyənin daxili işlər naziri Süleyman Soylunun istefa verməsi ilə bağlı məlumatlar yayılıb.

“Report” “Cümhuriyyət”ə istinadən bildirir ki, o, ölkənin Nazirlər Kabinetinin sentyabrın 26-da keçirilən iclasında istefa ərizəsini Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib.

Dövlət başçısının istefa ərizəsinə nə cavab verdiyi hələlik məlum deyil. Bəzi mənbələr R.T.Ərdoğanın istefa ərizəsini qəbul etdiyini bildirib.

“Milli Gazete”nın xəbərinə görə, AKP üzvü Faruk Çəlik Türkiyənin yeni daxili işlər naziri təyin olunacaq.

Xatırladaq ki, S.Soylu 2021-ci ildə də istefa ərizəsi yazmışdı. Ancaq R.T.Ərdoğan onun istefa ərizəsini qəbul etməmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
438 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...