Rusiyanın 5 qat olimpiya çempionu ölkəni tərk edib

Rusiyanın 5 qat olimpiya çempionu ölkəni tərk edib
Rusiyanın sinxron üzgüçülük üzrə 5 qat olimpiya çempionu Anastasiya Davidova ölkəni tərk edib.

"Report" "Match TV"yə istinadən xəbər verir ki, 39 yaşlı sabiq idmançı vətəninə qayıtmaq barədə düşünmür.

Sinxron üzgüçülük üzrə Rusiya millisinin baş məşqçisi Tatyana Pokrovskaya məsələdən xəbərdar olduğunu bildirib: "Bu, mənim üçün sürprizdir. Bu barədə şərh verə bilmərəm".

Qeyd edək ki, Anastasiya Davidova 2004 və 2008-ci ildəki Yay Olimpiya Oyunlarında iki, 2012-ci ildəki olimpiadada isə bir qızıl medal qazanıb. O, həm də 13 qat dünya və 7 qat Avropa çempionudur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
516 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...