Bakı aeroportunda faciəli şəkildə ölən şəxs baş mühasibin oğlu imiş

Bakı aeroportunda faciəli şəkildə ölən şəxs baş mühasibin oğlu imiş
Heydər Əliyev Beynəlxalq Hava Limanında faciəvi şəkildə ölən Prokofyev İqor Vladimiroviçin vəzifəli şəxsin oğlu olduğu məlum olub.

"Report" xəbər verir ki, o, Milli Aviasiya Akademiyasının mühasibat şöbəsinin rəisi - baş mühasib Svetlana Prokofyevanın oğludur.

Qeyd edək ki, sentyabrın 22-də Heydər Əliyev Beynəlxalq Hava Limanında kran aşıb. Hadisə nəticəsində paytaxt sakini Prokofyev İqor Vladimiroviç ölüb. Nuriyev Zaur Tofiq oğlu isə xəsarət alıb, o, ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
441 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...