Azərbaycan İrana humanitar yardım göndərəcək - Prezidentin tapşırığına əsasən

Azərbaycan İrana humanitar yardım göndərəcək -

Prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Azərbaycan Hökuməti adından İranda aramsız yağan yağışlar nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar bu ölkəyə humanitar yardım yola salacaq.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hazırda ümumi dəyəri 950 min manat olan humanitar yardımın yola salınması üçün müvafiq hazırlıq işləri görülür. Qeyd edək ki, baş vermiş təbii fəlakət insan itkisi və dağıntılara səbəb olub, infrastruktura ciddi ziyan dəyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
690 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...