İcra başçısı səyyar qəbul keçirdi - FOTOLAR

İcra başçısı səyyar qəbul keçirdi -

Mayın 15-də Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev təsdiq edilmiş qrafikə uyğun olaraq Mollahəsənli kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib.

Səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və xidmət təşkilatlarının rəhbərləri, ərazinin icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər. Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev giriş nitqində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər bir guşəsində olduğu kimi Daşkəsən rayonun da bütün sahələrində inkişafın olduğunu və genişmiqyaslı abadlıq-quruculuq işlərinin aparıldığını qeyd edərək sakinlərin rifahının daha da yaxşılaşması istiqamətində məqsədyönlü tədbirlərin daim həyata keçirildiyini bildirib.

Qəbulda çıxış edən kənd sakinləri görülən işləri müsbət qiymətləndirmiş, kənd ərazisində nasaz elektrik dirəklərinin və naqillərinin dəyişdirilməsi, kənddə tibb məntəqəsinin açılması, kənd avtomobil yollarının asfaltlaşdırılması, Əhmədli kəndinə qaz xəttinin çəkilməsi və şəxsi məsələlərə aid müraciətlər etmişlər.

Kənd sakinlərinin müraciətlərini dinləyən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev səsləndirilən müraciətlərin yerində araşdırılaraq həll olunması məqsədilə aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə öz tövsiyə və tapşırıqlarını vermişdir. Qəbul zamanı kənd sakinlərini maraqlandıran digər məsələlər barədə də söhbətlər aparılmışdır.
Sonda kənd sakinləri hər zaman göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.


İcra başçısı səyyar qəbul keçirdi -
İcra başçısı səyyar qəbul keçirdi -
İcra başçısı səyyar qəbul keçirdi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1100 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...