"Həmişə Qurbana deyirdim ki, milliyə getmə, “Qarabağ”ı buraxma" - Millət vəkili
"Berti Foks və Robert Prosineçki Azərbaycan millisini dağıtmaqla məşğul olub”. Mili Məclisin deputatı, "Qarabağ” klubunun azarkeşi Aqil Abbas Qurban Qurbanovun Azərbaycan millisinə baş məşqçi təyin edilməsinə münasibət bildirib.
Deputat deyib ki, Qurban Qurbanovun "Qarabağ”ı tərk etmədən millinin baş məşqçisi olması sevindirici haldır.
"Həmişə Qurbana deyirdim ki, milliyə getmə, "Qarabağ”ı buraxma. Əgər milliyə getsən, o zaman "Qarabağ”ın da baş məşqçisi olmalısan. Misal da çəkdim ki, Lobanovski həm "Dinamo Kiev”in, həm də SSRi yığmasının baş məşqçisi olub. Peskov da bir müddət "Spartak”ın baş məşqçisi olub, həm də milliyə nəzarət edib. Qurbana deyirdİm ki, baş məşqçi təklifi ilə razılaşsan, "Qarabağ”da da qalmalısan”.
Deputat hesab edir ki, Berti Foks, Robert Prosineçki Azərbaycan millisini dağıtmaqla məşğul olub: "Qurbana inanıram. Əminəm ki, millidə nəsə edəcək”
Qeyd edək ki, AFFA-nın İcraiyyə Komitəsinin iclasında Qurban Qurbanov Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyin olunub. 45 yaşlı mütəxəssis "Qarabağ"ın baş məşqçisi postunda da işini davam etdirəcək. Q.Qurbanov milli komandada vəzifəsinin icrasına Robert Prosineçkinin müqaviləsinin müddəti başa çatdıqdan dərhal sonra başlayacaq.
887 dəfə oxundu