Xocalıda sağ qalmış qadınlardan “CNN”-nin aparıcısına müraciət - ADLAR

Xocalıda sağ qalmış qadınlardan “CNN”-nin aparıcısına müraciət -

Ermənistanın Xocalıda törətdiyi soyqırımdan sağ qurtulan bir qrup azərbaycanlı qadın bir müddət əvvəl
Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş "CNN" televiziyasının aparıcısı Antoni Bourdayn və CNN televizyyasının rəhbərliyinə müraciət edib.


AzVision.az-ın xəbərinə görə, müraciətdə deyilir: "Sizə XX əsrin ən dəhşətli müharibə cinayətlərindən olan Azərbaycanın Xocalı şəhərinin məhvi nəticəsində sağ qalmış analar, bacılar və qızlar adından yazırıq. Müharibə cinayətləri, etnik təmizləmə, fərq qoyulmadan mülki vətəndaşlara qarşı zorakılıq Ermənistanın Azərbaycan Respublikasına davam edən təcavüzünün tərkib hissəsidir.

1991-94-cü illər müharibəsinin fəal dövrü zamanı Xocalı şəhərinə hücum xüsusilə amansız və faciəli idi. Münaqişədən öncə biz - qırğının qurbanları və digər 7000 sakin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində dinc şəraitdə yaşamışıq. 1991-ci ilin oktyabrından etibarən şəhər tamamilə Ermənistan silahlı qüvvələri tərəfindən mühasirəyə alındı. 1992-ci il fevralın 26-da erkən saatlarda Xocalının kütləvi artilleriya bombalanmasından sonra müxtəlif istiqamətlərdən hücum başlandı. Nəticədə Ermənistan silahlı qüvvələri hazırda da bölgədə yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalını ələ keçirdilər. İşğalçılar Xocalını xüsusi amansızlıqla dağıdıb və mülki əhalini tamamilə məhv etdilər. Ermənistan silahlı qüvvələri xüsusi qəddarlıqla - diri-diri yandıraraq, baş dərisini soyaraq, boynu vuraraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vuraraq vəhşiliklər törətdilər. Hətta uşaqlar belə istisna deyildi. Bütövlükdə, hücum və şəhərin ələ keçirilməsi nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi. Digər 1000 sakin yaralandı, 1,275-i girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Xocalı şəhərində vətəndaşların qəsdən öldürülməsi irqçi ayrı-seçkilik əsasında onların kütləvi şəkildə qırğınına yönəldilmişdir.

Ermənistanın o vaxtki müdafiə naziri və hazırda prezident olan Serj Sarkisyan britaniyalı journalist Tomas de Val ilə müsahibəsində utancverici formada günahkar olduğunu demişdir: “Xocalıdan öncə, azərbaycanlılar düşünürdülər ki,…….erməni xalqı dinc əhaliyə qarşı heç vaxt əl qaldıra bilməz. Biz bu stereotipi sındıra bildik”. (Tomas de Val, Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında ( Nyu-York və London, Nyu-York Universiteti mətbu orqanı,2003) səh.172)

Həqiqətən, Xocalı Azərbaycan torpaqlarının növbəti işğalı və etnik cəhətdən təmizlənməsi üçün ilkin mərhələ idi. Azərbaycana qarşı Ermənistan tərəfindən başladılmış müharibə nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarının 20% -i hazırda işğal altındadır. Beynəlxalq humanitar hüququ pozmaqla Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində və Ermənistanda yaşayan 1 milyon mülki azərbaycanlıya qarşı etnik təmizləmə siyasəti həyata keçirmişdir.Nəticədə dünya miqyasında adam başına düşən məcburi köçkün sayına görə Azərbaycan ön sıralardadır.

Cənab Bourdayn,

Biz sizin peşəkarlığınıza və beynəlxalq mətbəx haqqında hazırladığınız proqramlara hörmət edirik. Sülh şəraitində belə bir mətbəx mübadilələri xalqları bir araya gətirir. Lakin davamlı müharibə və amansızlıq şəraitində belə bir mədəni proqram müharibə cinayətlərinin qurbanı olan, yaxınlarını və öz doğma yurdlarını itirən bizim kimi insanlar tərəfindən etnik təmizləmə və güc yolu ilə torpaq əldə etmə siyasətinin dəstəklənməsi kimi başa düşülə bilər. Xahiş edirik başa düşəsiniz ki, biz hətta işğal olunmuş ərazilərdə valideynlərimizin və digər yaxınlarımızın məzarlarını belə ziyarət etməkdən məhrum olunmuşuq. Ötən 25 il ərzində biz doğma torpaqlarımıza qayıtmaq, evlərimizi yenidən qurmaq və viran qoyulmuş və əhalisi didərgin salınmış Şuşa şəhərində sizin ermənilər tərəfindən qonaq edildiyiniz Azərbaycanın milli yeməyi olan şilə plovunu uşaqlarımız üçün yenidən bişirmək həsrətilə yaşayırıq.

Əlbəttə ki, sizin Xocalıya yaxın, insanlığa qarşı cinayətin törədildiyi Azərbaycan ərazilərinə hərbi vertolyotla səfəriniz və orada mətbəx şousu ilə bağlı apardığınız hazırlıqlar bizi ciddi olaraq məyus etdi və bizim yaralarımıza duz səpdi. Biz çox inanmaq istərdik ki, siz məsələyə dair reallıqlar barəsində yanlış məlumatlandırılmış və sizin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəriniz bilərəkdən həyata keçirilməmişdir. Bundan başqa, sizin faşist düşərgəsi yaxınlığında yeməkdən və ya Bosniya serb hərbiçiləri tərəfindən kütləvi qətliam törədilmiş Srebrenitsa şəhərində nahardan zövq aldığnızı təsəvvür etmək çox çətindir.

Azərbaycan torpaqlarının, eyni zamanda bizim doğma yurdumuz Xocalının Ermənistan tərəfindən qanunsuz, zorakı və uzun müddət ərzində işğalı Ermənistanın öz xalqına, ölkə iqtisadiyyatına və gələcəyinə ziyan vurdu. Ona görə ki, bizim əsrlərlə sülh şəraitində yaşadığımız və birlikdə sülhsevər region qurmağı arzu etdiyimiz erməni qonşularımız başa düşməlidirlər ki, başqasının faciəsi üzərində xöşbəxtlik qurmaq olmaz.

İşğalın dəstəklənməsi, bununla işğal faktının və müharibənin uzadılması bu faciədən faydalananlardan başqa kimsəyə kömək etmir. Əvəzində biz iki xalqa sülh əldə etmək üçün yardım etməli və beynəlxlaq sülh yaratma cəhdlərini təşviq etməliyik.
Biz vəziyyətin həssaslığını və bir çoxlarımızın yaşadıqları əzabları nəzərə almağa çağırırıq. Həmçinin, biz Azərbaycanın işğal olunmuş və etnik təmizlənməyə məruz qalmış ərazilərindən hazırlanmış hissəni şounuza daxil etmək qərarınızı yenidən nəzərdən keçirməyə çağırırıq.
Anlayış və əməkdaşlıq göstərəciyinizə inanırıq.

Hörmətlə,

Xocalıda sağ qalmış azərbaycanlı qadınlar adından

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycan İcması İctimasi Birliyi
1. Həsrət Xəlilova Xocalı şəhəri, Azərbaycan
2. Həmayil Xəlilova Xocalı şəhəri, Azərbaycan
3. Vərziyar Əliyeva Xocalı şəhəri, Azərbaycan
4. Pərvanə Məmmədova Xocalı şəhəri, Azərbaycan
5. Sitarə Qasımova Xocalı şəhəri, Azərbaycan
6. Sahibə Şahmuradova Xocalı şəhəri, Azərbaycan
7. Bəsti Nağıyeva Xocalı şəhəri, Azərbaycan
8. Qiymət Kərimova Xocalı şəhəri, Azərbaycan
9. Roza Məmmədova Xocalı şəhəri, Azərbaycan
10. Ceyran Əzizova Xocalı şəhəri, Azərbaycan
11. Bəsti Kazımova Xocalı şəhəri, Azərbaycan
12. İradə Cəfərova Xocalı şəhəri, Azərbaycan
13. Minayə İsmayılova Xocalı şəhəri, Azərbaycan
14. Nəzakət Hüseynova Xocalı şəhəri, Azərbaycan
15. Ofeliya Məmmədova Xocalı şəhəri, Azərbaycan
16. Fəridə Cabbarova Xocalı şəhəri, Azərbaycan
17. Sevda Səlimova Xocalı şəhəri, Azərbaycan
18. Mehriban Əliyeva Xocalı şəhəri, Azərbaycan
19. Rübabə Sadıqova Xocalı şəhəri, Azərbaycan
20. Südabə Hümbətova Xocalı şəhəri, Azərbaycan
21. Səkinə Xəlilova Xocalı şəhəri, Azərbaycan
22. Səkinə Axundova Xocalı şəhəri, Azərbaycan
23. Nigar Əzizova Xocalı şəhəri, Azərbaycan
24. Şahnaz Behbudova Xocalı şəhəri, Azərbaycan
25. Fiqurə Rüstəmova Xocalı şəhəri, Azərbaycan".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
959 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...