Sabahdan temperatur yüksələcək

Sabahdan temperatur yüksələcək

Fevralın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya DEpartamentindən APA-ya bildirilib ki, bəzi yerlərdə zəif duman olacaq, cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 5-9° isti, Bakıda gecə 1-3° şaxta, gündüz 5-7° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 55-60% təşkil edəcək.
Gecə və səhər yollar buz bağlayacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən, yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə dumanolacaq, qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 6-10° isti, dağlarda gecə 10-15°, yüksək dağlıq ərazilərdə 16-21° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
673 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...