Azərbaycanda poliklinikada yanğın: 22 nəfər təxliyə edildi

Azərbaycanda poliklinikada yanğın:

Kürdəmirdə poliklinikada yanğın baş verib. Virtualaz.org FHN-ə istinadən bildirir ki, Səhiyyə Nazirliyinə məxsus, ümumi sahəsi 2940 m2 olan ikimərtəbəli poliklinika binasının zirzəmisində elektrik kabeli 4 p.m yanıb. Yanğın zamanı poliklinikanın 1-ci mərtəbəsindən yanğınsöndürənlər tərəfindən 22 nəfər (onlardan 9 nəfər uşaq, 13 nəfər xəstə ) tüstülənmiş ərazidən təxliyə olunub.

Poliklinika binası yanğından mühafizə olunub. Yanğın saat 11:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
823 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...