Havalar yenidən pisləşəcək: yağış, sulu qar... - Xəbərdarlıq

Havalar yenidən pisləşəcək: yağış, sulu qar... -


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən GUNDEMINFO.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 7-9° isti, gündüz 10-13° isti, Bakıda gecə 7-9° isti, gündüz 11-13° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi, şimal və şərq rayonlarında isə arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9° isti, gündüz 10-14°, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
650 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...